İdman

Azərbaycanlı velosipedçi MDB məkanında ilkə imza atıb

Azərbaycanlı velosipedçi Ramil Ziyadov MDB məkanında ilkə imza atıb.

“Zirvə yolu”nun məlumatına görə, dünyanın bir çox ölkəsini velosipedi ilə gəzən səyyah daha bir rekordu yeniləyib.

O, bu dəfə Avrasiya qitəsinin ən uzun yolunu gedib. Ramil Ziyadov Sargesdən (Portuqaliya) Maqadana (Rusiya) 15 050 km-lik məsafəni qət edib.

Səyyah sosial şəbəkə vasitəsilə bununla bağlı təəssüratlarını bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Avrasiya qitəsinin ən uzun sayılan Sarges-Maqadanı yolunu keçdim və MDB ölkələri arasında ilkə imza atdım”.

Qeyd edək ki, Ramil Ziyadov 2013-cü ilin mayından velosipedi ilə dünya səyahətinə çıxıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir