Azərbaycan Basketbol Liqasında XVI tura start verilib.
“Zirvə yolu”nun məlumatına görə, açılış oyununda “AAAF Xırdalan” və “Sabah” komandaları üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə ikincilər parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”dan Devin Pullum (22 xal, 4 asist), “Sabah”dan isə Entoni Patti (20 xal, 13 ribaund) olublar.
Qeyd edək ki, turun “Sərhədçi PİK” – “Neftçi İK”, “Zirvə Astara” – “Gəncə” və “Olimpik Şəki” – NTD qarşılaşmaları müvafiq olaraq 2, 4 və 5 fevralda oynanılacaq.