Ölkə dövlətdən çoxlu maaş istəyən, əlaltdan maaşın neçə mislini “qazanan” mənasız “alim infilyasiyası”ndan əziyyət çəkir.
AAK dövlət və cəmiyyət üçün zərərli şəxslərə, ictimai vicdandan məhrum rüşvətxor böhran tuluqlarına diplom verməkdən imtina etməlidir.
Bu cür fasiləsiz diplomlaşdırma ölkə elminə, mənəviyyatına ağır zərbə vurmaqla mövcud alim infilyasiyasını daha da dərinləşdirir və inkişafı dalana dirəyir.
PS. Onsuz da müdafiələrin 80-90 faizinin formal olduğu hamıya bəllidir. Barı ictimai faydası olmayan pis presedentləri diplomlaşdırmayın, onların işbaz, pozucu, tüfeyli və cibgir elmi rəhbərlərini qınayın!
İdris Abbasov – DİA.AZ