Cəmiyyət

“Görəsən, icra başçısı BUNLARI GÖRMÜR? – Məktəbli çantasına yemək əvəzinə odun…

Fevralın 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Köhnəbazar məktəbində keçirib. DİA.AZ bildirir ki, bu görüşlə bağlı sakinlərin təəssüratı birmənalı olmayıb. Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova da bu vətəndaş qəbuluna maraqlı reaksiya verib.

DİA.AZ RİHMM sədrinin qeydlərini təqdim edir: “Dünən Kürdəmir Rayon içra hakimiyyətinin başcısı Kürdəmir Rayon Köhnəbazar Məktəbində zəhmətkeşləri qəbul edirdi.
Görəsən, təmirsiz məktəbi və sinif otağındakı odun peçlərindən cıxan tüstünü gördümü?
Vətəndaş kimi mənə maraqlıdır.
Məktəbin yeni rəhbərliyi və övladları o məktəbdə oxuyan, hər gün məktəbli cantasında yemək əvəzinə odun qoyan valideynlər məsələni İcra başcısının qarşısında qaldırdımı?
İcra başcısından, məktəb direktorundan, kənd sakinlərindən cavab istəyirəm….
Məktəbli uşaqların yarıdan coxu soyuqdan xəstələnib. Dərsə davmiyyət pozulub. Körpələr yazıqdır. Sağlam gəncliyi məhv etməyin.
Qeyd edim ki, Köhnəbazar kənd məktəbi Kürdəmirin ən qədim məktəbidir. Onun məzunları dünyanın hər tərəfinə səpələnib. Qürurla mənə yazırlar: “Köhnəbazar məktəbinin məzunlarıyıq..””

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir