Cəmiyyət

Səfər Mehdiyevin xalası oğlu da GÖRƏVDƏN ALINDI – SƏBƏB

Səfər Mehdiyevin qalmaqallı xalası oğlu tutduğu vəzifədən azad edilib.

Etibarlı mənbədən Tribunainfo.az-a verilən məlumata görə, Xocahəsən gömrük postunun rəisi vəzifəsində çalışan Vüsal Nuriyev vəzifəsindən azad edilib.

Bildirilib ki, Vüsal Nuriyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, V. Nuriyev medianın yaddaşında öz avtomobili ilə qəza törətməsilə qalıb. 2020-ci il martın 8-də axşam saatlarındaV.Nuriyev Novxanı qəsəbəsində idarə etdiyi “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobili ilə bir qadını vurub və və vurulan şəxs hadisə yerində ölüb. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilib.

Tribunainfo.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir