İdman

Ramil Quliyev Brüsseldə mövsümün ən yaxşı nəticəsini göstərdi

Azərbaycanlı atlet Ramil Quliyev Brilyant Liqa turnirinin ilin 14-cü – sonuncu mərhələsində yenə ikinci olub.

Oxu.Az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən final mərhələsində kişilərin 200 metr qaçış yarışında Türkiyə adından çıxış edən Ramil 19.86 saniyəyə finişə çata bilib.

Bu, onun mövsümdə ən yaxşı göstəricisi olub. Müqayisə üçün qeyd edək ki, o, ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş Brilyant Liqa yarışında da finişə II gəlsə də, son nöqtəyə 20.01 saniyəyə çatmışdı.

Qeyd edək ki, Brüsseldə I yeri isə yenə ABŞ atleti Noy Layls tutub. O, 19.74 saniyə nəticə göstərib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir