Dünya

Britaniya XİN: “Türkiyəyə yardım göstərməyə hazırıq”

“Biz Türkiyəyə yardım göstərməyə hazırıq”.

“Zirvə yolu” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

“Türkiyə və Suriyada baş verən zəlzələ faciəvi insan itkiləri ilə nəticələnib. Ölənlərin ailələrinə başsağlığı veririk, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir