Dünya

Pakistan XİN: “Türkiyəyə bütün mümkün dəstəyi verməyə hazırıq”

“Türkiyəyə bütün mümkün dəstəyi verməyə hazırıq”.

“Zirvə yolu”nun xəbərinə görə, bunu Pakistan xarici işlər naziri Bilaval Bhutto Zardari tviterdə yazıb.

O baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və hökumətinə başsağlığı verib: “Dualarımız türkiyəli qardaşlarımızladır”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir