Dünya

“Türk Hava Yolları” zəlzələ bölgəsinə əlavə uçuşlara başlayır

“Türk Hava Yolları” xilasetmə qruplarını Kahramanmaraş vilayətinin cənub-şərqindəki fəlakət bölgəsinə operativ şəkildə çatdırmaq üçün əlavə uçuşlara başlayır.

“Zirvə yolu” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü Yəhya Üstün məlumat verib.

Onun sözlərinə görə, aviaşirkət hadisə yerinə gedən vətəndaşlar üçün biletin pulsuz qaytarılması və ya dəyişdirilməsi imkanını tətbiq edəcək.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir