Türkiyənin “İskenderunspor” futbol komandasının iki məşqçisi dağıntılar altında qalıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi tviter hesabından paylaşım olunub.
Ölkənin tanınmış sərbəst güləşçisi Taha Akgül Kahramanmaraşda 30-40 güləşçinin qaldığı binanın da uçduğunu diqqətə çatdırıb. O, tez bir zamanda yardım gözlədiklərini yazıb.
Bundan əlavə, “Hatay” komandasının 14 voleybolçusu da dağıntılar altında qalıb.
Türkiyədəki zəlzələ nəticəsində bir neçə idmançı dağıntılar altında qalıb.
“Zirvə yolu” “Sporx”ə istinadən xəbər verir ki, “Malatya Büyükşehir Belediyespor”un 6 voleybolçusunun qaldığı otel uçub.
Hələlik onlardan üçü xilas edilib.
Bundan əlavə, futbol üzrə Türkiyə 1-ci Liqasında çıxış edən “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslanın da dağıntılar altında qaldığı bildirilib.
Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.