Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını daşıyan təyyarə Adana şəhərinə çatıb.
“Zirvə yolu”nun xəbərinə görə, təyyarə Adanada Şakir Paşa Hava Limanına eniş edib.
Daha sonra FHN əməkdaşları xilasetmə işləri ilə bağlı zəlzələnin baş verdiyi ərazilərə yollanacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
“Zirvə yolu” xəbər verir ki, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.
Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.