Cəmiyyət Təhsil

Gəncədə ÇÜRÜYÜ ÇIXAN… təkcə ADAU deyil ki… – İLGİNC İDDİALAR…

Ötən ayın sonlarında işində buraxdığı nöqsanlara görə, AQRAR Universitetinin dekanı Korrupsiya tərəfində həbs olundu”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Belə ki, bu halın digər universitetdə pik həddə olmağı qaçılmazdır. Dəfələrlə qeyd etmişik ki, Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Bakı Şəhərində tam ştat işlədiyi halda Texnologiya Universitetində 2 -ci kurs Magistr tələbə kimi fəaliyyətini davam etdirir.
Adı çəkilən tələbə iki il ərzində dərsə gəlmədiyi halda ona imtahan nəticələrini yüksək yazaraq, kobud qanun pozuntusuna yol veriblər.
Əgər belə halın üstündə, yaxud da buna oxşar qanun pozuntusunun üstündə digər universitetin dekanı haqqında çəza tədbiri görülübsə, sual yaranır ki, Texnologiya Universitetinin Kafedra müdiri Fuad Yusifovun qızı, Əsli Yusifova haqqında məğbul qiymətlər yazan rəhbərlik niyə cəzası qalır..?
Diqqətinizə çatdıraq ki, magistr tələbənin hər iki valideyini Texnologiya Universitetinin əməkdaşıdır, atası İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, anası isə İnsan Resursları Mərkəzinin mütəxəssisi Navalə Məlikovadır.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu işin araşdırılması xahiş olunur…”
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir