“Mənə deyirlər ki, yara ağrıyar da, biz sənə əlillik verməklə ağrın keçməyəcək ki…” – SƏDƏRƏK SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR
“1992-ci ildə Sədərək döyüş bölgəsinə xidmətə getmişəm. 1996-cı ilin noyabrınadək – 4 il 6 ay qüsursuz xidmət etmişəm. 1993 cü ilin iyununda sağ əyağımın bud sümüyünün ön səddindən ağır yaralanmışam. Nəticədə 194 nömrəli əmrlə Naxçıvan Hərbi Hospitalına yerləşdirilmişəm. Ağır sümük əməliyyatı keçirməyimə baxmayaraq, yaram tam müalicə olmadı, diz bükümünün qatlanmaması, bud sümüyündə olak keylik və.s. Məni hərbidən təxris eləmək istədilər, imtina etdim. Çünki mən “BMP 2” zrehli texnikanın sürücüsüydüm, hərbidən “yararsız” kimi təxris olunmağı qüruruma sığışdırmadım”.
Xalqxeber.az hurriyyet.az-a istinadla xəbər verir ki, bu barədə redaksiyamıza müraciət edən Naxçıvan MR, Sədərək rayon sakini Əhmədov İlham Hüseyn oğlu yazır. Şikayətçi məktubunda daha sonra əlavə edir:
“O dövrdə zrehli texnikaları idarə etməyi bacaran mürəxəssislər də az idi. Bu səbəbdən, mən döyüş bölgəsində olmalıydım. Onun üçün də döyüş bölgəsinə qayıtmağı vətandaşlıq borcum bildim.
Nəhayət, yaralı ayağımla 1996-cı ilin noyabrına qədər, yayın 40 dərəcə istisində, qişin 40 dərəcə şaxtasında Sədərəyin dağlarında ölkəmi qorumuşam. Yəni qışın 40-45 dərəcə şaxtasında əsgər çatışmamazlığı səbəbindən 14 saat, bəzən də 16 saat birbaşa postda dayanmışam. Sədərəyin dağlarını bilənlərə məlumdur ki, qışı necə keçir, yayda necə cürbəcür ilanlar və əqrəblər qaynaşır. Demək istəyirəm ki, nə yayda, nə də qışda yerdə oturmaq mümkün deyildi (bütün bu əziyyətlərim üçün peşiman deyil, qürur duyuram), amma əksər məmurlar bizi peşiman eləməyə çalışırlar və bunu heç zaman bacarmayacaqlar. Çünki onların əksinə, biz qürurlu və döyüşgən TÜRK millətindənik! Baxmayaraq ki, indi 50 yaşındayam, öyrəndiyim ağır zrehli texnikanı döyüş bölgəsində işlətməyi bacararam. Amma bəzi məmurlar həm özlərini, həm də övladlarını gizlədəcəklər. Çünki onlar daima ölkəmizə gəlir mənbəyi kimi baxıblar, ölkənin dərdini heç vaxt öz dərdləri kimi görməyiblər.
Onu da deyim ki, 2 dəfə də silahın qabağına atılıb, dövlət çevrlişinə qarşı çıxmışam. 1994 cü ilin sentyabrında Şərur və 1995-ci ilin Gəncə hadisələri zamanı.
Ölkəni ermənidən qoruduq, dövlət çevrlişinə qarşı çıxıb hakimiyyəti qoruduq. İndi bəzi məmurlar bizə deyirlər ki, sizin borcunuzu idi, getmisiniz, bizə nə var?!
Nəhayət, son 4-5 il olar ki, ayağımdakı yaranın ağrısı kəskinləşib. Azərbaycan Müdafiə Nazirliyinin hərbi həkim kömissiyası və Naxçıvan MR Səhiyyə Nazirliyi yaramın əlilliyə uyğun olduğunu təsdiq edir. Yalnız Naxşıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Əlillərin Bərpası və Reabilitasiya Mərkəzi təsdiq etmir. Həmin “VİTEK” deyilən komsiyyada oturan mütəxəssislərə baxın…
Naxçıvanda Narkoloji dispanserdə, yəni “dəlixana”da sağlam vətəndaşlarımızı xüsusi amansızlıqla əlil ediblər. Onların sayı, 1, 3, 5 deyil, onlarla, bəlkə də yüzlərlədir. İndi həmin “dəlixana”nın baş həkimi Rəşadət (soyadı qeyd olunmur – müəl.) mənə deyir ki, sənə əlillik düşmür. Ona deyirəm ki, axı, dizim qatlanmır, yaram da ağrıyir, ayağımda hissiyat yoxdur, keydir. Cavab verir ki, “yara ağrıyar da, biz sənə əlillik verməklə sənin ağrın keçməyəcək ki, yenə də arğıyacaq da”. Mən başa düşə bilmirəm, həmin komissiyada əlilliyi ağrıyana deyil, ağrımıyana verirlər? Deyirəm, axı, yaralanmağım bir yana, 4 il 6 al şəraitsiz vəziyyətdə postda gözlərimi itirdim, böyrək xəstəliyinə, revmatizmaya və s. tutuldum…
Əmək və Əhalinin Sosial Təminat naziri Nicat Babayevin müavini və kirvəsi Canməmməd mənə deyir ki, əşi, sənin borcundu da, getmisən, bizə niyə deyirsən?! Asta bir tonla dedim ki, 4 il 6 ay xidmət eləmişəm. Belə deyəndə o, daha da aqressivləşdi, əsəbi şəkildə “əşi, bu 4-5 il xidmət eləyənlər də bizi lap bezdirdilər, gəlib evlərində yatıblar, indi də deyirlər ki, biz 4-5 il xidmət etmişik”, – deyə bildirdi.
Məndə hüquq mühafizə orqanlarına səslənirəm, mənim də xidmətimi araşdırın, əgər Canməmməd dediyi kimi qaçqın olmuşamsa cəzamı çəkməyə hazıram, yox əgər elə deyilsə mütləq Canməmməd cəzalanmalıdır ki, digər o tipli məmurlar daha da azğınlaşmasın.
İstədim ağzımı açıb dərdimi ifadə edəm, digər komissiya üzvü Şəhla həkim dedi ki, “çıx bayıra, bizim vaxtımız yoxdur səni dinləyək”.
Buyurun, 4 il 6 ay posta dur, ölkəni qoru, 2 dəfə dövlət çevrlişinə qarşı çıx, hakimiyyəti qoru, bunlar da gəlsin otursun, bizə ögey münasibət bəsləsinlər”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.