Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.
“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!”, – postda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.