Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Türkiyənin Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxara biliblər.
“Zirvə yolu ” xəbər verir ki, xilasetmənin videogörüntülərini Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş tviterdə paylaşıb.
“Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, – o qeyd edib.
Pest İli Arama Kurtarma Ekibi 1,5 yaşındaki çocuğu kurtarıyor. Hatay, 8 Şubat 2023 https://t.co/F6MJ4XwYB0 @anadoluajansi @trt pic.twitter.com/Pe5DtqO9aw
— Viktor Mátis (@MacaristanBE) February 8, 2023