Sosial

“Polis rəisi məndən 3 min, “Niva” sürücüsündən isə 15 800 manat rüşvət aldı…” – GİLEY

 

Naxçıvan şəhəri, Babək rayon sakini Həsənov Polad Kamil oğlu Hurriyyet.az saytına yazaraq, rayonun keçmiş polis rəisi Teymur Quliyevdən şikayətçi olduğunu bildirir:

“Mən, Həsənov Polad Kamil oğlu, yazaraq sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırasınız.

Şikayətim Babək rayonunun keçmiş polis rəisi Quliyev Teymur və müstəntiq Xəlil Əlirzayevdəndir. Bir gün yolun kənarında dəyanan lapedimə “Niva” markalı avtomobilin çırpılması nəticəsində polislər məndən 3 min və “Niva” sürücüsündən isə 15 800 manat pul aldılar.

Bizi 10 günə yaxın bölmədə saxladılar. Həmin vaxtlarda polis bölməsində gedən gizli biznesin şahidi oldum. Polis bölməsinə gələn və yaxud da gətirilən şəxslərdən Quliyev Teymur və müstəntiq Xəlil Əlirzayev külli miqdarda pul alıb, həmin şəxsləri evə buraxırdılar.

Tanıdığım bir neçə şəxsdən də bu qaydada rüşvət alınıb. Pulumun heç olmasa bir hissəsinin mənə qaytarılmasında köməklik göstərməyinizi xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir