Dünya Manşet

İtaliya Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə 11 milyon avro ayırır

İtaliya Nazirlər Şurası Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkənlərə yardım üçün 11 milyon avro ayrılması barədə qərar qəbul edib.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Şurasının iclasının yekunları üzrə dərc edilmiş sənəddə deyilir.

“Nazirlər Şurası Türkiyə və Suriyada baş vermiş zəlzələlərlə əlaqədar altı ay müddətinə xaricdə əməliyyatlar üçün fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul edib”, – sənədin mətnində deyilir: “Əhaliyə təcili yardım və dəstək üçün 11 milyon avro məbləğində vəsait ayrılıb”.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saatlıq fərqlə 7,7 və 7,6 maqnitudada iki zəlzələ baş verib. Nəticədə ən azı 17 674 nəfər ölüb, 72 879 nəfər yaralanıb.

Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir