Dünya

Bakıda hərbçini döydülər – “Bunu edən komandir Sübhan Bəkirovdur”

Bakıda ehtiyatda olan 2-ci dərəcəli zabit İftixar Dadaşov döyülüb.
Zirveyolu.info  bildirir ki, bu barədə Bakupost.az –a danışan İ. Dadaşov bildirib ki, hadisə dünən baş verib:
“Dünən səhər uşaqlarımı məktəbə apararkən telefonuma zəng gəldi. Zəng edən Xalid Hüseynov idi. Dedi, səninlə işim var, nə zaman görüşək? Dedim günorta görüşə bilərik. Günorta vaxtı uşaqları evə buraxıb, maşını duracaqda saxladım. Binaya yaxınlaşanda blokun qarşısında Xalid Hüseynov və Niyazi Məmmədov (Hər ikisi hərbçidir) qarşımı kəsdilər. Salamlaşdıqdan sonra Xaliddən nə məsələ olduğunu soruşdum. Dedi, sən bizim bölgəni təhqir etmisən, söymüsən. Mən isə əksini, təhqir etmədiyimi dedim. Bildirdim ki, hara getsək də hər yer bizim zonadır. Əgər elə bir fakt varsa, gətirin göstərin, sübut edin, cavab verməyə hazıram. Onlar səslərini yüksəldərək mənə qarşı fiziki təzyiq göstərməyə başladılar. Çevrilib getmək istəyəndə, Xalid məni tutub yumruqla vurmağa başladı. Məni vurarkən yuxarı, binanın 4-cü mərtəbəsinə baxırdı. Hərbi hissənin komandiri həmin binanın 4-cü mərtəbəsində qalır. Deməli, yuxarıdan onlara baxan, təlimat verən də odur. Üz nahiyəmə kəllə vurdu, başladı yenə dalaşmağa ki, bizim zonanı, məni söymüsən. İkiəlli boğazımdan yapışaraq boğmağa başladı. Mən isə heç bir qarşılıq vermədən durmuşdum. Çünki bilirdim ki, bu qurama işdir.
Qonşular məni onlardan aldıqdan sonra dedilər ki, bir də sənin maşının burada görməyək. Söyüşlər, təhqirlər yağdırırdılar”.

Hadisənin səbəbkarı N saylı hərbi hissə komandiri Sübhan Bəkirovdur.
Zabit vurğulayıb ki, S. Bəkirov hərbi hissə komandiri təyin olunandan ona qarşı qərəzli münasibət bəsləyib:
“Əvvəlcə şöbə rəisi vəzifəsindən aşağı vəzifəyə keçirilməyimə dair Müdafiə Nazirliyinə saxta sənədlər göndərib və bunun əsasında qanunsuz əmr imzalamışdı. Mən həmin əmirin qanunsuz olduğunu məhkəmədə sübut etdim. Bundan sakitləşməyən S. Bəkirov “Puta” hərbi şəhərciyində yerləşən mənzildən ailəmi qanunsuz şəkildə çıxarmaq üçün məhkəməyə baş vurub. Bu dəfə də onun iddiası təmin olunmadı. Sübhan Bəkirov 2 ildən artıqdır ki, məni və ailə üzvlərimi təhdid edir”.
Qeyd edək ki, İ.Dadaşov hadisədən dərhal sonra “102” xidmətinə xidmətinə zəng edib.
Ərizə ilə müraciət etdikdən sonra tibbi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra bölməyə dəvət olunacaq.
Davamı olacaq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir