Kriminal Manşet

Siyəzəndə ağır qəza, ölənlərin sayı 4-ə çatdı – Yenilənib

Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Siyəzəndə baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 nəfər sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölənlərin sayı 4-ə çatıb.

Həkimlərin səyinə baxmayaraq sürücü Nicat Məmmədovun həyatını xilas etmək mümükün olmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir