İdman

Azərbaycanlı hakimlər Avropa Kubokunda görüşləri idarə ediblər

Azərbaycanın cüdo hakimləri Akif Tahirov və Bəhriyyə Hüseynova İtaliyanın Naples şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıblar.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

“B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov yarışda qızlar arasında +70 kq çəkidə bürünc medal uğrunda və 40 kq çəkidə final görüşü, oğlanlar arasında isə 52 kq çəkidə bürünc medal uğrunda və 81 kq çəkidə final görüşünü idarə edib.

“B” kateqoriyalı digər beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova isə qızlar arasında 44 kq və 57 kq çəkilərdə bürünc medal uğrunda qarşılaşmalarda ədaləti qoruyub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir