Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Hüseynov Tofiq Qəfər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
“Mənim atam Hüseynov Qəfər Tofiq oğlunu Ucar rayon Mərkəzi xəstəxanasında həkimlər səhv müalicə ediblər deyə ürəyi xəstə düşdü və vəfat etdi.
Atam yüngül xəstələndi deyə Ucar rayon xəstəxanasına müraciət etdi.Orada Pərvanə adlı həkim atamı müalicə etdi.Uzun müddət müalicə alan atam günü-gündən zəiflədi.Səhhəti dahada pisləşdiyi üçün Göyçay xəstəxanasına apardıq.Orada müayinə edən həkimlər dedilər ki, müalicə səhv aparılıb deyə ürəyi çox zəifləyib.Bu minvalla atamın ürəyi ciddi xəstə düşdü və vəfat etdi.
Ucar rayon xəstəxanasında özbaşınalıq, savadsızlıq baş alıb gedir.Buna baxmayaraq qarşısı alınmır heç bir tədbir görülmür.Çünki xəstəxanasının Zeynal Bayramlı adlı direktoru keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.Buna görə ondan hər gün əsaslı şikayətlər olsada baxılmır heç bir tədbir görülmür.
Prezident cənab İlham Əliyevdən xahiş edirəm insanlara qənim kəsilmiş Ucar rayon xəstəxanasının direktoru Zeynal Bayramlının və orada işləyən savadsız həkimlərin barəsində tədbir görəsiniz”.
İddia olunanlarla bağlı Zirevyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…