Manşet Siyasət

Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda fəaliyyətə başlayıb, hospitala 300-dən artıq xəstə müraciət edib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb.

“Zirvə yolu”nun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Assosiasiyanın sədri Oktay Mehdiyev deyib.

Onun sözlərinə görə, Assosiasiya üzvləri Türkiyədə təbii fəlakət baş verdiyi ilk gündən Fövqəlafə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlik müraciətimizi qəbul etdi və artıq 4 gündür Kahramanmaraşda FHN-in tərkibində fəaliyyət göstəririk. Bildiyiniz kimi, burada FHN-in mobil səhra hospitalı qurulub. Belə qərara gəlindi ki, infeksiyanın qarşısının alınması məqsədilə burada ayrıca cərahiyyə bloku yaradılsın”.

“Hazırda hospitalda 15 nəfərlik heyətlə çalışırıq. Burada cərrah, ümumi cərrah, uşaq cərrahı, travmatoloq, reanimatoloq fəaliyyət göstərir. Hospitalda reanimasiya bloku, cərrahiyə, intensiv terepiya blokları və bir ayrıca çadır ambulator cərrahiyə üçün nəzərdə tutulmuş blok yaradılıb. Blokların hər biri Fövqəladə Hallar Nazirliyi tərəfindən təchizatla təmin olunub. İndiyə qədər hospitala 300-dən artıq xəstə müraciət edib”, – O.Mehdiyev vurğulayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir