Xəbər

İki İcra Hakimiyyətində maliyyə pozuntuları AŞKARLANIB: Baş Prokurorluğa MÜRACİƏT EDİLİB

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib.

Bu barədə Valyuta.az-a Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı isə Rafil Hüseynovdur.

Valyuta.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir