Siyasət

Şahin Bağırov Gömrük Komitəsinin sədri təyin edildi

Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Ş. Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Səfər Mehdiyev DGK-nin sədri vəzifəsindən azad edilmiş, Şahin Bağırovu DGK sədrinin I müavini təyin etmişdi. Sədr postu boş olduğu üçün o sədrin səlahiyyətlərini icra edirdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir