Türkiyədə baş verən dağıdıcı zəlzələdə 6 azərbaycanlı həlak olub.
Bu barədə XİN məlumat yayıb.
Qeyd olunub ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.
“Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb. Allah rəhmət eləsin!”, – deyə nazirlikdən bildirilib.