Dünya

Vardanyan niyə ermənilərin işinə YARIYA BİLMƏZ?.. – Plan Rusiyanındırsa…

Bir neçə gün əvvəl erməni əsilli Rusiya vətəndaşı, milyarder Ruben Vardanyan Qarabağdan Moskvaya qaçmışdı. Vardanyanın hansı yollarla Qarabağdan qaçdığı suallar yaratmışdı. Yayılan məlumatlara görə, o, sülhməramlıların təminat yük maşınında bölgəni tərk etmişdi. Bölgədə təhlükəsizliyə zərbə vuran şəxsin bu bölgəni tərk etməsinə yardımçı olmaq müəmmalı məsələdir.

Bu “səfərin” özü başdan-başa qeyri-qanuni xarakter daşıyır. Moskvada olarkən Ruben Vardanyan israrla Qarabağa qayıtmaq istəmədiyini bildirib. Hətta Vardanyan Qarabağda müxtəlif erməni qruplaşmalar tərəfindən ona qarşı sui-qəsd olunacağı ehtimalının da olduğunu deyib və bundan sonra tapşırıqlara uyğun şəkildə hərəkət edə bilməyəcəyini vurğulayıb. Rusiyalı milyarderin qaçması və sonradan geri qayıtması ermənilər üçün bir dərs olmalıdır. Çünki vardanyanlara güvənmək olmaz. Sabah biraz sıxışan kimi yenə qaçacaq. Bir sözlə vardanyankimilərə bel bağlamamalı Azərbaycanla düşmənçilik etməkdənsə, bizə tabe olma yolunu seçməlidirlər.

Çox keçmədən Vardanyan Qarabağdan qaçdığı formada geri qayıtmaq məcburiyyətində qalıb. Bu fakt bir daha “Vardanyan” layihəsinin iflasa uğradığının isbatıdır.

“Layihə” Qarabağ ermənilərini birləşdirmədi əksin separatçılar daxilində parçalanmalara, ümidsizlik mühitinin yaranmasına gətirib çıxartdı. Vardanyan layihə elementi olsa da, siyasətdə hələ naşıdır. Belə ki, Vardanyan-Paşinyan yaradılan təəssürata görə, Ermənistan Baş naziri Nikol Paşinyan Vardanyanla ayrı cəbhələrdə olub. Əslində isə bunlar görüntü xatirinə edilib, belə ki, Vardanyanla Paşinyan birgə hərəkət edirlər. Lakin Qərb dairələri də sözügedən şoudan xəbərdar olub.

Belə “layihələr” lə ermənilər çox uzağa gedə bilməyəcək. Bütün gedən proseslər onu göstərir ki, Vardanyan çıxılmaz vəziyyətdə qalıb. Onun buyruq qulu olması artıq ermənilədə də gülünc doğurur və ona daha heç kim inanmır. //trend//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir