Azərbaycanda ilk dəfə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən taksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikası üçün müasir texnologiyalar tətbiq edilməyə başlanılıb.
Anews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTİ-nin Keyfiyyətə Nəzarət Şöbəsinin əməkdaşı Aysel Cəlilova bildirib. O, əlavə edib ki, artıq bu texnologiyanın tətbiqinə başlanılıb:
“Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir.”