Kriminal

Xırdalanda anasını amansızlıqla öldürməkdə şübhəli bilinən oğul saxlanılıb

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən  bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir