İdman

Premyer Liqa: Tura iki oyunla yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

“Zirvə yolu”nun məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt klubu 53 xalla 2-ci, bölgə təmsilçisi isə 23 xalla 6-cı pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında cəmi 2 dəfə üz-üzə gəlib. Hər iki matçda bakılılar qələbə qazanıb. Topların nisbəti 4:1-dir. Paytaxtdakı görüşdə hər iki komanda qol vurub.

Turun son oyunu “Zirə” və “Qarabağ” arasında olacaq. “Qartallar” 32 xalla 4-cü sırada yer alıb. “Köhlən atlar” isə 58 xalla turnir cədvəlinə başçılıq edir.

Klublar indiyə qədər Premyer Liqada 29 matçda qarşılaşıb. Bunların 19-u Ağdam klubunun xeyrinə başa çatıb. “Zirə” indiyədək qalib gəlməyib. 10 görüşdə isə heç-heçə qeydə alınıb. “Qarabağ”ın 62 qoluna Bakı klubu 13 topla cavab verib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda son iki səfərdə böyükhesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

XXIII tur

19 fevral

16:30. “Sabah” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

“Bank Respublika Arena”.

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2, “Qəbələ” evdə “Sumqayıt”ı 2:1, “Neftçi” isə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir