İdman

XXI əsrdə ən çox qol vurmuş müdafiəçilər bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş müdafiəçilərin siyahısını yeniləyib.

“Zirvə yolu” IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda Fransanın PSJ klubunda çıxış edən Serxio Ramos ilk pillədə qərarlaşıb.

37 yaşlı futbolçu karyerası ərzində 130 dəfə fərqlənib.

Yaponiya yığmasının sabiq üzvü Markus Tulio Tanaka 104 qolla ikinci sıradadır. Əlcəzairli Abderahman Haşud və kosta-rikalı Keyler Soto 93 qolla 3-4-cü yerləri bölüşdürürlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir