Dünya Manşet

Türkiyənin XİN başçısı F-16 qırıcıları ilə bağlı ABŞ Konqresinə çağırış edib

“ABŞ administrasiyası F-16 qırıcıları ilə bağlı tələblərimizə dəstək verir”.

“Zirvə yolu”nun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, məsələ artıq Konqresdə müzakirə olunmalıdır: “Konqres prosesə mane olmamalı, əksinə, dəstəkləməlidir. Biz məsələnin ən qısa zamanda həllinin tərəfdarıyıq. Bu, ikitərəfli əlaqələrimizin əsas istiqamətlərindəndir”.

M.Çavuşoğlu bildirib ki, görüşdə terrorla mübarizə məsələsi də müzakirə olunub.

O həmçinin vurğulayıb ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə Türkiyəyə F-16-ların verilməsi fərqli mövzulardır: “Bu məsələləri bir-biri ilə eyniləşdirmək doğru olmaz. Əlbəttə, Türkiyənin qarşısında şərt qoyulması bizim üçün arzuolunan deyil”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir