Manşet Xəbər

Ən çətin anda da ASELSAN

6 fevral tarixində Türkiyənin toplam 10 şəhərinə və 13 milyon əhalisinə təsir edən Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti ASELSAN da bir çox şirkət və qurum kimi ölkənin imdadına çatdı. Bununla belə, ASELSAN-ı zəlzələdən sonrakı xilasetmə fəaliyyətlərində fərqləndirən bir neçə xüsusiyyət var. Gəlin bunlara daha yaxından nəzər salaq:

1. İlk növbədə ASELSAN, öz təşəbbüsü ilə yaratdığı ASİL Assosiasiyası vasitəsilə zəlzələnin ilk saatlarından bölgəyə 5 milyon manatdan çox material göndərmiş və 2-ci mərhələdə də əlavə olaraq 10 milyon manat dəstək vermək qərarına gəlmişdir.

2. “Türkiyə Bir Ürək” kampaniyasında Müdafiə Sənayesi Komitəsi tərəfindən açıqlanan təxminən 325 milyon manatlıq yardım paketində lider olaraq yer aldı.

3. Təqdim etdiyi maddi və nəğd pul yardımı ilə yanaşı, ASELSAN tərəfindən hazırlanmış texnologiyalar zəlzələ zamanı və sonrasında fasiləsiz olaraq fəaliyyətini davam etdirir.

a. Bölgədə qurulan rabitə sistemləri, o cümlədən Jandarma İnteqrasiya Rabitə və İnformasiya Sistemi (JEMUS) zəlzələnin ilk saatlarından etibarən fasiləsiz olaraq fəaliyyətini davam etdirir.

b. ASELSAN termal kameraları həyat əlaməti olan insan istisini tapmaq üçün axtarış-xilasetmə işlərində qrupların xidmətində can qurtarır.

c. Göndərilən həyat qurtaran yerli respiratorlar; Xəstəxanalara dəstək verməyə, zəlzələdən zərər çəkmiş insanları yaşatmağa və nəfəs almağına dəstək olmağa davam edir.

4. ASİL Dərnəyi nəzdində ASELSAN personalı tərəfindən könüllü olaraq yaradılan axtarış-xilasetmə qrupları, fəlakətin təsirlərinin ən çox hiss olunduğu Hatayda dağıntılarda axtarış-xilasetmə işləri həyata keçirib. ASELSAN tərəfindən quraşdırılan Fəlakət və Logistika Mərkəzinə fəlakətdən sağ çıxan vətəndaşları qəbul etmişdir. Yaşayış, qidalanma, sağlamlıq, təhsil və logistika imkanları olan mərkəzinin qurulması üçünsə heyət gecə-gündüz çalışmaqdadır.

Bundan əlavə, Azərbaycanda ASELSAN-nın 100% -lik sərmayəsi ilə yaradılan və bu il 25 illik yubileyini qeyd edən ASELSAN Bakı şirkəti də Qardaş Türkiyədə baş vermiş zəlzələnin səbəb olduğu faciənin tez bir zamanda aradan qaldırılmasına dəstək olmaq məqsədilə Azərbaycandan “Qardaş Köməyi” Platformasına qoşulmuş; 1 tırdan çox geyim, çadır, yataq Türkiyəyə göndərmiş və hal-hazırda da 4 nəfərdən ibarət işçi heyəti ilə Türkiyədə konteyner və çadır şəhərciklərinin quraşdırılmasına dəstək verməkdədir. Xüsusilə belə çətin zamanlarda ASELSAN kimi şirkətlərin faydası daha yaxşı başa düşülür. Fəlakətin fəsadlarının tez bir zamanda aradan qaldırılması məqsədilə ASELSAN “dövlətimizin və millətimizin yanındayıq, biz birlik və həmrəyliklə bunun öhdəsindən gələcəyik” deyərək ilk gündən etibarən həm mühəndislik gücünü, həm də sistemlərini bölgə üçün də səfərbər etmişdir. Belə bir zamanda var gücüylə dəstək olmağa çalışan ASELSAN göndərdiyi yardımlarla bərabər həm də öz milli texnologiyalarıyla – radio stansiyalarıyla, rabitə sistemləriylə, səhiyyə sistemləri və ərazidəki işçi heyətiylə Türkiyə xalqının yanında olmağa davam edir.

 

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir