İdman

Xviça Kvaratsxeliya “Napoli”də yeni rekorda imza atıb

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın “Napoli” klubunun tarixinə düşüb.

“Zirvə yolu” “Opta Sports”a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna Almaniyada “Ayntraxt” (Frankfurt) komandasına 2:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.

İkinci qolda məhsuldar ötürmənin müəllifi olan gürcüstanlı forvard Neapol təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk oyunçudur.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması martın 15-də olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir