Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.
Anews.az-ın agentliyə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər:
“Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək”.