İdman

“Gent”in baş məşqçisi: “İlk hissədəki kimi oynasaydıq, “Qarabağ”ı keçə bilməzdik”

“Birinci hissədəki kimi oynasaydıq, heç vaxt bu rəqibi keçə bilməzdik”.

“Zirvə yolu”nun məlumatına görə, bunu “Gent”in baş məşqçisi Heyn Vanhazebruk Belçikada “Qarabağ”a əsas vaxtda 1:0, penaltilər seriyasında isə 5:3 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis komandası ilə fəxr etdiyini bildirib: “Bu oyunumuzu 90 dəqiqə ərzində göstərməliyik. Futbolçularımın reaksiyası və matça yanaşmasından razı qaldım”.

Təcrübəli baş məşqçi heç vaxt pulu düşünmədiyini söyləyib: “Mənə heç nə lazım deyil. Futbolçularım xoşbəxtdirsə, digər şeylərin heç bir əhəmiyyəti yoxdur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir