Dünya Manşet

Kuleba: “Çinin Rusiyanı silahla təmin etməsi beynəlxalq hüququn pozulmasıdır”

“Birləşmiş Millətlər Təşkilatına üzv olan 141 ölkə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə birmənalı şəkildə dəstəklərini bir daha bəyan etdilər”.

“Zirvə yolu” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BMT-nin Nyu-Yorkdakı Baş qərargahında jurnalistlərə açıqlamasında deyib.

“Bu gün BMT-nin 141 üzvü Rusiya Silahlı Qüvvələrinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən çıxarılmasını tələb edirlər. Biz nəticədən razıyıq və mesaj aydındır. Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmaq cəhdləri bir-birinin ardınca uğursuzluğa düçar olub. Bugünkü səsvermə onu göstərdi ki, təkcə Qərb deyil, Ukraynaya dəstək daha genişdir”.

Nazir əlavə edib ki, Çinin Rusiyanı silahla təmin etməsi beynəlxalq hüququn pozulmasıdır: “Rusiyaya silah verməklə bu ölkə təcavüzə kömək edir və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasına kömək edir”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə 193 üzvdən ibarət BMT Baş Assambleyası Rusiya qoşunlarının Ukraynadan qeyd-şərtsiz çıxarılmasını tələb edən təklifi səsverməyə çıxarıb və qətnamə 141 ölkə tərəfindən dəstək alıb, Moskvanı yalnız 7 üzv ölkə dəstəkləyib, 32 ölkə isə bitərəf olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir