İdman

UEFA reytinqi: Azərbaycanın mövsümü hansı pillədə başa vuracağı dəqiqləşib

Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümünü hansı pillədə başa vuracağı dəqiqləşib.

“Zirvə yolu”nun məlumatına görə, avrokuboklardakı son təmsilçi “Qarabağ”ın mübarizəni dayandırması bunda həlledici olub.

Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə məğlub olması xal ehtiyatını artırmağa mane olub. Nəticədə Azərbaycan UEFA reytinqində mövsümü 4,000 xalla, ümumilikdə isə 16,625 xalla 29-cu pillədə yekunlaşdırıb.

Reytinqdə aşağı pillələrdə qərarlaşan ölkələrdən yalnız Moldovanın bir klubu “Şerif” avrokuboklarda çıxışını davam etdirir. Ancaq bu da 32-ci yerdə qərarlaşan moldovalıların (12,250 xal) Azərbaycanı qabaqlaması üçün kifayət etməyəcək.

Qeyd edək ki, UEFA reytinqinə 103,855 xalla İngiltərə başçılıq edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir