İqtisadiyyat

Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan ümumi dəyəri 361 730,01 min ABŞ dolları təşkil edən 364 958,73 ton meyvə-tərəvəz ixrac edib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb.

Hesabat dövründə xarici ölkələrə əsasən 141 541,60 min dollarlıq 133 242,02 ton tomat, 76 903,55 min dollarlıq 14 143,49 ton meşə fındığı, 18 634,74 min dollarlıq 45 230,88 alma və 18 113,01 min dollarlıq 23 832,36 ton xurma ixrac olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir