İnsanlar vardır ki, doğulurlar bir müddət yaşadıqdan sonra ölürlər, öldükdən sonra isə onlari heç kəs xatırlamır, yaddaşlardan əbədi olaraq silinirlər. İnsanlarda vardır ki, doğulurlar, böyüyürlər dövləti üçün, milləti üçün, vətəni üçün əlindən gələni əsirgəmirlər. Öldükdən sonra isə əbədi olaraq insanların yaddaşında qalırlar. Azərbaycan tarixində və taleyüklü məsələlərin həllində bu kimi müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışdılar. Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Azərbaycan xalqının “Ümummilli lideri” Heydər Əliyevdir.
Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zərurir idi. Lakin, 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.
Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət “milli lider” səviyyəsinə qədər yüksəlmişdir. Həm milli liderlik, həm də siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. . Yuxarıda sadaladığımız keyfiyətlərin daşıyıcısı olan Heydər Əliyev 10 may 1923 – cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra Bakı Sənaye İnistitutunun Memarlıq fakültəsinə qəbul olur, ancaq Böyük Vətən müharibəsi hamı kimi onunda təhsilini yarımçiq qoymuşdur. Bundan sonra Heydər Əliyev Naxçıvana qayıdır və 1941-ci ildən Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləməyə başlayır. Bu dövürdə ölkənin ağır vəziyyəti, insanların aclıq içində olması Heydər Əliyevi çox narahat edirdi. Bu da Vilayət Partiyasının gözundən yayınmırdı. Burada işlədiyi müddətdə Heydər Əliyevə verilən hər hansı bir tapşırığı tez və nöksansız yerinə yetirməsi, möhkəm hafizəsi və yaxşı yadda saxlama qabiliyyətinin olmasi onu 1944 – cu ildə Daxili İşlər Komissarlığından Təhlükəsizlik orqanlarina gətirib çixartdi. Bu idarədə H.Əliyev pillə – pillə yüksələrək xalqına daha da yaxinlaşdivə Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. H.Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir və həmin dövürdə özunun islahat platformasını irəli sürür və bununlada ulu öndərin Azərbaycanda rəhbərliyinin birinci dövrü başlayır. 1982-ci ilin dekabrında iseSovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir və SSRİ-nin rəhbərlərindən birinə çevrilmiş olur. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 5 il həmin vəzifədə çalışdıqdan sora 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun Azərbaycana qarşı yönəltdiyi siyasətə etiraz edərək tutduğu vəzifəsindən istefa verir. Heydər Əliyevin SSR kimi böyük bir dövlətin yüksək vəzifəsindən uzaqlaşması ilə Azərbaycanda faciələrin əsası qoyuldu. Məhz bu istefa Respubilikamıza qarşı pis planların həyata keçirilməsində ilk addım oldu. İnsanların pis yaşaması, Azərbaycanda iqtisadi böhranin baş verməsi və bu kimi hadisələr Azərbaycanda Vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Azərbaycanın dar günündə həmişə Azərbaycana kömək əlini uzadan H.Əliyev belə bir dövürdə yenidən Azərbaycanı tək qoymadı və öz kömək əlini xalqına uzatdı. Azərbaycana mənəvi dəstək oldu onun haqq səsini dünyaya yaydı. Bitməz-tükənməz enerjiyə malik olan H.Əliyev dövlət idarəçiliyində isdedadını və bacarığını göstərərək 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları cəzalandırılmasını və Qarbaçovun partiyanin sıralarını tərk etməsini tələb edib. Bundan sonra H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamışdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmiş və H.Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı respublika rəhbərləyi Heydər Əliyevi Bakıya, siyasi rəhbərliyə dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 9 iyunda hökümətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gelir və 1993-cü il 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçilir. Həmin gün Azərbaycan xalqının tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olur. Sonralar o günləri cənab Prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.
Hadisələrin sonrakı gedişatı göstərirdi ki, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bundan sonra H.Əliyev qarşısına çıxa biləcək çətinlikləri təsəvvür edirdi, lakin zaman H.Əliyevi siyasi mövzuda da sinamaq istədi. Heç kəsə sirr deyildir ki, H.Əliyev memar olmaq istəyirdi. O istəyirdi ki, öz əsərləri ilə dünyada şöhrət qazansın . H.Əliyev öz arzusuna çatdi, o Azərbaycanın memarı oldu. Öz uzağgörənliyi və apardığı siyasət nəticəsində Azərbaycanı yenidən ayağa qaldırdı. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət kəsb edirdi. Bu dövrdə dünyanın diqqət mərkəzı Azərbaycana yönəlmişdi. Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. H.Əliyevin uzağgörən siyasəti və səyi nəticəsində Azərbaycan bu təhlükədən uzaqlaşdı. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmalidir. Bu rəhbər H.Əliyev idi. Xalqımız bunu nəzərə alaraq H.Əliyevi yeniden hakimiyyətə gətirdi. 1993 – cü ildə H.Əliyev ümumixalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi dövründə iqtisadiyyatin bütün sahələrində görunməmiş canlanma baş verdi. Qısa müddət ərzində ölkə əsrə bərabər inkfşaf yolu keçdi. İqtisadi və siyasi cəhətdən çətinlik çəkən Azərbaycan H.Əliyevin sayəsində ilk dəfə sərbəst nəfəs aldı. Azərbaycana layiqli ordu yaradıldı və Dağlıq Qarabağ məsələsi dinc yolla nizama salındı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. Azərbaycanın səsi dünya birliyi tərəfindən dəstəkləndi. H.Əliyev tərəfindən dünyanın tanınmış neft şirkətlərinin nümayəndələri Azərbaycana dəvət edildi. “Ümummilli lider”imizin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalandı. Bu müqavilə əsasında neftimizi dünya bazarına çıxarmağa nail oldu. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının, Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO nun nüfuzlu üzvü oldu.
Bundan əlavə Ulu öndər gənclərin sosial və ictimai məsələlərdə rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi. «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» – deyən Ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.
Gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Çünki, gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və eyni zamanda, dağıdıcı gücə malik olduğundan, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Xatırlatmaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən, gənclərlə işə böyük diqqət ayırmışdı. Yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərmişdi. Məhz, həmin kadrlar da bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar.Bir vaxtlar dunyanin siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycana indi dünyanin inkşaf etmiş dövlətləri arasında şan –şöhrətli dövlət kimi baxırlar. Haqlı olaraq H.Əliyevi bu gün qurub yaradan siyasətşi kimi qəbul edirlər. Çünki o sözun əsl mənasında Müstəqil Azərbaycan dövlətinin qurucusudur və memarıdır. Azərbaycan dövləti H.Əliyevin şah əsəridir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, nadir şəxsiyyətlərdən biridir. O təkcə güclü lider deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadimdi. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir şəxsiyətlərdəndır. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin “patriarxı” adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar.
Yenidən 1998 –ci ildə keçirilən Prezident seçkilərində H.Əliyev xalqin yüksək fəallığı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyev müstəqil dövlətin əsasını möhkəm və əbədi dayaqlar üzərində qurdu, xalqimizi demokratik inkşaf yoluna istiqamətləndirdi. Ürəyinin odunu və işığını vuruşduğu və canından artıq sevdiyi vətəninə həsr etdi. 2003 – cü ildə növbəti Prezident seçkilərində H.Əliyevin səhətində problem olduqu üçün seçkilərdən imtina etdi və İlham Əliyev yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Indi Azərbaycan müstəqil bir dövlət kimi dünyada öz yerini tutub. Bizdə çalışmaliyiq ki H.Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycan dövlətini qoruyub saxlayaq ve onu gələcək nəsillərə ötürək. Yəqin ki, 2001 – ci il Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də bu sözlərə qoşuluram, mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub. İndi biz H.Əliyevin qurub yaratdığı və bu qurculuğu səylə davam etdirən İ.Əliyevin prezidenti olduğu müstəqil Azərbaycan Respubilikasında
İlham Məmmədov
Hüquqşünas