Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticələri məlum olub.
“Report” xəbər verir ki, qurumun əsas vəsaitlərinin sığortalanması üzrə “Atasığorta” ASC, nağd pulunun sığortalanması üzrə “PAŞA Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortalanması (KASKO) üzrə isə “Qala Sığorta” ASC qalib elan edilib.
Artıq qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.