İdman

Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər

“Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Qış İdman Növləri Federasiyasının və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə “mogul” növü üzrə master-klass keçirilib.

“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, təlimin keçirilməsinin məqsədi ölkədə qış idman növlərini təşviq etmək, xizək fristaylının bu növünü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

Təlimlərdə Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə, həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.

Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına daxil edilib. Olimpiadada ekstremal idman sayılan fristaylın bu növündən başqa akrabatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir