Şou biznes

Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər

Britaniyalı qraffiti rəssamı Benksinin Britaniya parlamentinin üzvlərini təsvir edən “Devolved Parliament” (“Deqradasiya etmiş parlament”) əsəri rəssamın indiyədək satılmış ən bahalı tablosu ola bilər. Yağlı boyalarla kətan üzərində çəkilmiş tabloya 1,5-2 milyon funt sterlinq (1,9-2,5 milyon dollar) ilkin qiymət qoyulub. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Sotheby’s” hərrac evinin saytında yerləşdirilib. Məlumatda deyilir ki, hərrac oktyabrın 3-də keçiriləcək

4×2,5 metr ölçüdə tabloda Britaniya parlamentinin İcmalar Palatası təsvir edilib, lakin parlament skamyalarında, qalereyada və sədrin kreslosunda şimpanze və oranqutanqlar oturub. Benksi “Devolved Parliament” əsərini 2009-cu ildə Bristol Muzeyində sərgi üçün yaradıb. Hazırda əsər özəl kolleksiyada saxlanılır, lakin onun sahibinin adı anonim saxlanılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir