Dünya Manşet

Yaponiya Rusiyadan olan 48 nəfərə qarşı sanksiya tətbiq edib

Yaponiya hökuməti Rusiyadan olan 48 şəxsə, o cümlədən müdafiə nazirinin müavini Viktor Qoremıkin və “Kalaşnikov” konserninin rəhbəri Alan Luşnikova qarşı sanksiyalar tətbiq edib.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, siyahıları Yaponiya Xarici İşlər Nazirliyi dərc edib.

Onlar iki hissəyə bölünüb və Rusiya üçün (39 nəfər) və ayrıca Moskvanın nəzarətində olan qondarma “Krım”, “DXR”, “LPR”dən, habelə Ukraynanın Zaporojye və Xerson vilayətlərindən olan şəxslərin (9 nəfər) olduğu siyahısdan ibarətdir.

Birinciyə Rusiya Federasiyası Prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi üzrə İdarəsinin rəhbəri Aleksandr Xariçev, onun müavini Boris Rapoport, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının bəzi əməkdaşları daxildir.

Bundan əlavə, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi çərçivəsində “sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən” malların ixracına qadağanın tətbiq olunduğunu elan edən bəyanat yayıb.

Nazirlik qeyd edib ki, bu məhdudiyyətlərin təfərrüatları hələ müəyyən edilməyib və daha sonra açıqlanacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir