İdman

“The Best”: Səsvermənin nəticələri bəlli olub, Messi əsas rəqibini 8 xal qabaqlayıb

FIFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

“Zirvə yolu”nun məlumatına görə, titula sahib çıxan Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappeni səkkiz xal qabaqlayıb.

Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplaya bilib. Üçüncü sıradakı İspaniyanın “Real Madrid” komandasının forvardı Kərim Benzemanın 34 xalı var.

1. Lionel Messi (Argentina, PSJ) – 52 xal

2. Kilian Mbappe (Fransa, PSJ) – 44

3. Kərim Benzema (Fransa, “Real Madrid”) – 34

4. Luka Modriç (Xorvatiya, “Real Madrid”) – 28

5. Erlinq Holann (Norveç, “Mançester Siti”) – 24

6. Sadio Mane (Seneqal, “Bavariya”) – 19

7. Xulian Alvares (Argentina, “Mançester Siti”) – 17

8. Əşrəf Hakimi (Mərakeş, PSJ) – 15

9. Neymar (Braziliya, PSJ) – 13

10. Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 10

11. Vinisius Junior (Braziliya, “Real Madrid”) – 10

12. Robert Levandovski (Polşa, “Barselona”) – 7

13. Cud Bellingem (İngiltərə, “Borussiya”) – 3

14. Məhəmməd Salah (Misir, “Liverpul”) – 2

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir