İqtisadiyyat Manşet

Cahid Bağçı: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq”

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırılması hədəflənir.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycan Aqrobiznes Forumunda deyib

Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 5,8 milyard ABŞ dolları olub, bu 2021-ci illə müqayisədə 25 % artım deməkdir.

“Bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişafı üzrə səylərimizi davam etdiririk. Ümid edirəm ki, bu sahələrdə son vaxtlar müşahidə edilən fəallıq bundan sonra da davam edəcək”, – C. Bağçı bildirib.

Səfir vurğulayıb ki, bu forum ölkələr arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına, investisiyaların təşviqinə kömək edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir