İqtisadiyyat Manşet

Azərbaycan iqtisadiyyatında müsbət artım templərinin saxlanılması yolları açıqlanıb

Azərbaycan iqtisadiyyatında müsbət artım templəri daha dayanıqlı resurslar hesabına saxlanılması və “yaşıl” maliyyə axınlarının gücləndirilməsi hesabına qarşılanması hədəflənir.

“Zirvə yolu” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf üzrə milli əlaqələndirmə Şurasının katibi  BMT-nin İnkişaf Proqramının Azərbaycanda nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “İnkişafın maliyyələşdirilməsi” layihəsi çərçivəsində “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair seminarda deyib.

H. Hüseynov bildirib ki, 2022-ci ildə ÜDM-nin artım tempi 4,6 %, qeyri-neft sektorunda isə 9,1 % təşkil edib.

“Əvvəlki dövrlərlə müqayisədə dayanıqlı iqtisadiyyatdan danışarkən daha çox iqtisadi və sosial kontekstdəki hədəflərə çatmağı nəzərdə tuturduqsa, artıq son 30 ilin təhlilləri göstərir ki, ekoloji sferada ətraf mühitlə bağlı yaranan kataklizmalar heç də iqtisadi uğurların daha dayanıqlı saxlanılmasını mümkün etmir. Ekoloji faktorlar artıq iqtisadi və sosial faktorların önünə keçməyə qadirdir. Ətraf mühitə dost standartları artıq zərurətə çevrilib. Beynəlxalq təşkilatlar tərəfindən də bu istiqamətdə kifayət qədər müxtəlif alətlər tətbiq olunur. Bunlardan biri də ESG standartlarıdır”, – H. Hüseynov deyib.

Onun sözlərinə görə, ESG standartlarının tətbiqi son beşilik bir dövrdə daha çox artıb:

“2019-cu ildən bugünki günə qədər olan dövrdə ESG-nin “Google” axtarış termini 5 dəfə artıb. Hazırda bütün şirkətlər ESG standarlarını tətbiq etməkdə maraqlıdırlar. 2018-ci illə 2021-ci ilin bəzi rəqəmlərinə baxsaq öz fəaliyyətlərində ASCH konsepsiyasını əks etdirən fondlara daxil olmalar təxminən 5 milyard ABŞ dollarından 70 milyard ABŞ dollarına qədər artım müşahidə olunub. Bu da qlobal şirlətlərdə 25-30 milyard ABŞ dollarlıq xalis mənfəətin yaranmasına səbəb olub”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir