İdman

“Qalatasaray” əfsanəsinin formasını hərracda “Fənərbağça” rəsmisi alıb

Türkiyənin “Qalatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin hərraca çıxarılan formasını əzəli rəqib “Fənərbağça”nın rəsmisi alıb.

“Zirvə yolu” “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, çox sayda qiymətli əşyaların satışa çıxarıldığı auksionda Terimin 5 nömrəli forması uğrunda yarışda “Fənərbağça” klubunun konqres üzvü Merve Mermer qalib gəlib.

Memar bu forma üçün 100 min lirə (9 min manat) ödəyib. Əldə edilən gəlir Kahramanmaraşda baş vermiş zəlzələdən əziyyət çəkən sağlamlıq məhdudiyyəti olan uşaqlara xərclənəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində son məlumata görə, 44 374 nəfər ölüb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir