Azərbaycanın hərbi həkimləri Türkiyədə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə yardım göstərib
Azərbaycanın hərbi həkimləri Türkiyədə ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərib.
Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb.