BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir, Qoşulmama Hərəkatının sammitində çıxış edəcək
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə görüşündə iştirak etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Ksaba Korosi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən C.Kőrösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti səfəri martın 3-də başa çatacaq.
Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq.