İqtisadiyyat Manşet

AAYDA: “İlin sonunadək Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu 90 % hazır olacaq”

Bu ilin sonuna kimi Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikinti işlərinin 85-90 %-nin tamamlanması planlaşdırılır.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov deyib.

“İlin sonuna kimi daha 12 körpünün istifadəyə verilməsi, asfaltlama işlərinin isə 55 %-nin yerinə yetirilməsi nəzərdə tutulub”, – deyə o bildirib.

Xatırladaq ki, hazırda layihə üzrə yol boyu nəzərdə tutulan 27 körpüdən 12-si artıq tikilib, asfaltlama işlərinin isə 40 %-i icra olunub.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli 2021-ci il oktyabrın 26-da qoyulub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir